Azərbaycanda adi və güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna başlanılıb.
İpoteka və Kredit Zəmanət Fondunun yaydığı məlumata görə, 6-7 fevral tarixlərində adi ipoteka kreditləri üzrə 1 337, güzəştli ipoteka kreditləri üzrə isə 586 müraciət qeydə alınıb.
Sözügedən kreditlər yaşayış sahələrinin alınmasına yönəldiləcək.
Bəs ipoteka kreditlərinin verilməsi evlərin qiymətinə təsir edə bilər?