Goranboyda yük maşını aşıb.

GuNXeBeR.Az “Unikal”a istinadən xəbər verir ki, hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan yük maşını yoldan çıxaraq aşıb.

Nəticədə sürücü, 1995-ci il təvəllüdlü Yusif Orucov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.