Bakıda 206 nömrəli şəhərətrafı müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edilir.

Gunxeber.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn “Xaliq Faiqoğlu” MMC avtobuslarla xəttin istismarını fevralın 12-dən həyata keçirəcək.

Metronun “Elmlər Akademiyası” stansiyasını Lökbatan qəsəbəsi ilə əlaqələndirən 206 nömrəli marşrut üzrə 10 müasir avtobus 12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gediş haqqı 0,60 AZN müəyyən edilib.