Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az-ın məlumatına görə, hadisə Bakı-Şamaxı avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Niva” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 66 yaşlı Qabil Sərkərov xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.