Paytaxtda anasının birgə yaşadığı kişini qətlə yetirməkdə ittiham olunan 16 yaşlı Y.Q.-nin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gunxeber.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə baş tutan sonuncu iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror məhkəməyə müraciət edərək yeniyetmənin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müşavirəyə yollanan məhkəmə heyəti sonda hökmü elan edib.
Qərara əsasən, Y.Q. 9 il müddətinə azadlıqdan məhkum olunub.
Xatırladaq ki, cinayət hadisəsi 2025-ci ilin sentyabr ayında Bakı şəhəri, Ramana qəsəbəsi ərazisində qeydə alınıb.
Qəsəbə sakini Emil Əliyevin öldürülməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, E.Əliyev qeyri-rəsmi nikah münasibətində olduğu qadının 16 yaşlı övladı tərəfindən bıçaq zərbələri vurulmaqla qətlə yetirilib.
Faktla bağlı Y.Q. barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq ona müvafiq ittiham irəli sürülüb.






