
Gəncədə 32 yaşlı kişi intihar edib.
Gunxeber.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini 1993-cü il təvəllüdlü V.İsmayılov yaşadığı evin eyvanında özünü asıb. Onun meyiti ailə üzvləri tərəfindən asılmış vəziyyətdə tapılıb.
Onun hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.