
Goranboyda məktəbli qaçırılıb.
GunXeber.Az “Unikal”a istinadən məlumat verir ki, Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Z. B. qaçırılıb.
İlkin məlumata görə, məktəbli dərs vaxtı qaçırılıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblinin tapılması istiqamətində axtarışlar aparırlar.