Zaqatala rayonunun Muxax kəndi ərazisində baş verən hadisədə üç maşın – “Niva”, “Mercedes” və “Ford” markalı inkassator avtomobilləri toqquşub.

GunXeber.Az xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, yeddi nəfər xəsarət alıb.

“Niva”nın sürücüsü, Zaqatala rayonunun Sabunçu kənd sakini, 1959-cu il təvəllüdlü Şəmsəddin Şahmur oğlu Yunusov aldığı xəsarətlərdən həyatını itirib.

Xəsarət alanlar aşağıdakılardır:

“Niva” markalı avtomobildə olan sərnişinlər – 1978-ci il təvəllüdlü Zümrüd Mustafa qızı Əhmədova, 1987-ci il təvəllüdlü Şəhla Şəmsəddin qızı Məmmədova və iki azyaşlı, inkassatorun sürücüsü, 1980-ci il təvəllüdlü Yevlax rayon sakini Elşən Araz oğlu Süleymanov və sərnişinləri – 1986-cı il təvəllüdlü Şükür Elxan oğlu Allahverdiyev və 1978-ci il təvəllüdlü ⁠Səbuhi Əliyevdir.

“Mercedes” markalı avtomobilin sürücüsü Zaqatala rayon Zəyəm kənd sakini, 1963-cü il təvəllüdlü Xudaverdi Oruc oğlu İsmayılov xəsarət almayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Gunxeber.Az Samirə Abdulla

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Muxax kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes”, VAZ-2121, həmçinin inkassator maşınlarının toqquşması nəticəsində sürücülərdən biri ölüb. Qəza zamanı xəsarət alanların olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.