Dövlət Gömrük Komitəsinin sədrinə yeni müavin təyin edilib.

Gunxeber.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Fuad Elxan oğlu Məmmədov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub.

Qeyd edək ki, Fuad Məmmədov bu təyinata kimi Dövlət Gömrük Komitəsinin Ümumdünya Gömrük Təşkilatında nümayəndəsi olub.