Qəzada həlak olan Sevil Abdullazadə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi imiş.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Gunxeber.Az xəbər verir ki, Sevil Abdullazadə 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq, Dövlət İdarəçilik Akademiyasının (DİA) tələbəsi adını qazanmışdı.

O, əslən Ağstafa rayonunun Dağkəsəmən kəndindən olub.