![](https://gunxeber.az/wp-content/uploads/2025/01/No1CzJzWIEoGJIIBcOD1Ma7CqybVsHwddMmqS9mO_1200.webp)
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub.
GuNXeBeR.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilovun təqdimatı ilə Mərkəzin direktoru vəzifəsi Nəhmət Rəhmanova həvalə olunub.
Qeyd edək ki, Nəhmət Rəhmanov bundan əvvəl TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib.