Xırdalanda Abşeron Gənclər Şəhərciyində yanğın baş verib.

Gunxeber.Az xəbər verir ki, yanğın bu gün axşam saatlarında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Gunxeber.Az-a verilən məlumata görə, yanğınla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.