Londonun ICE birjasındakı ticarət əməliyyatları zamanı ABŞ dollarının əsas dünya valyutalarına qarşı dinamikasını əks etdirən dollar indeksi 96,2 bəndlik həddən aşağı enib. Bu, 2022-ci il fevralın 23-dən bəri ilk dəfə baş verib.

Gunxeber.Az xəbər verir ki, bu, ticarət platformasının məlumatlarında əksini tapıb.

Bakı vaxtı ilə saat 20:38-ə olan məlumata görə, ABŞ valyutasının indeksi 0,91 % azalaraq 96,175 bəndə enib. Saat 21:08-ə isə indeks azalma tempini yavaşladıb və 96,229 bənd (-0,85 %) səviyyəsində qərarlaşıb.

Dollar indeksi ABŞ valyutasının avro, yen, funt sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankına qarşı nisbətini göstərir.