Rusiyada hərbi hospitalda güclü yanğın başlayıb

Rusiyanın Tula şəhərində hərbi hospitalın binasında yanğın başlayıb.

Gunxeber.Az bildirir ki, bu barədə “RİA Novosti” xəbər verir.

Yerli sakinlər hadisə yerindən görüntülər paylaşıblar. Kadrlarda binanın yuxarı mərtəbəsini alovun bürüdüyü görünür. Hospitalın pəncərələrindən qatı qara tüstü çıxır.

Qeyd olunur ki, hərbi hospitalda təxliyə aparılır.

Yanğının sahəsi min kvadratmetr təşkil edib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir