İngiltərə Premyer Liqası: “Mançester Siti” “Çelsi”ni qol vurmağa peşman etdi

İngiltərə Premyer Liqasında 23-cü turunun ən maraqlı qarşılaşmalarından biri başa çatıb.

Günxeber.Az xəbər verir ki, “Mançester Siti” və London “Çelsi”si Mançesterdəki “Etihad Stadium”da üz-üzə gəlib.

Qarşılaşmada hesabı “Çelsi” açsa da, “şəhərlilər” ardıcıl 3 qolla “zadəganlar”ı məyus ediblər – 3:1.

Oyunda daha bir əlamətdar hadisə özbəkistanlı müdafiəçi Abdukodir Xusanovun debütü olub. Hərçənd, oyunda ilk qol məhz onun səhvi ucbatından vurulub.

Beləliklə də, hazırda “Mançester Siti” 41 xalla Premyer Liqanın turnir cədvəlində 4-cü yerdədir. “Çelsi” isə 40 xalla 6-cı pilləyə düşüb. Yarış cədvəlinə 53 xalla “Liverpul” başçılıq edir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir