45 yaşlı ispaniyalı hücumçu Daniel Quisa yeni kluba keçib.
Gunxeber.Az xəbər verir ki, bu barədə məlumatı Quizanın transfer olduğu “Xerez İndustryal” komandası sosial şəbəkə hesablarında paylaşıb.
Bununla da təcrübəli hücumçu uşaqlıq illərində futbolda ilk addımlarını atdığı kluba qayıtmış oldu.
Sözügedən klub İspaniya Əndəlüs Regional Liqasında çıxış edir.
Xatırladaq ki, Quisa 2008-2011-ci illərdə “Fənərbağça”nın formasını geyinib.







