![](https://gunxeber.az/wp-content/uploads/2025/01/sececi.webp)
113 yaşlı Cahan nənə bələdiyyə seçkisində səsvermədə iştirak edib.
GunXeber.Az Modern.az-a istinadən xəbər verir ki, 1912-ci il təvəllüdlü Cahan Həsən qızı Məmmədova İmişlinin Qaraqaşlı kənd sakinidir.
O, qeydiyyatda olduğu 81 saylı İmişli seçki dairəsi üzrə 29 nömrəli seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.
![](https://gunxeber.az/wp-content/uploads/2025/01/AtSb2VqRfW9YewxScKQJc1uLrED8W1B8f3di6Ue7640.webp)