![](https://gunxeber.az/wp-content/uploads/2025/01/k4xcLq84teC9lRHFdrBQ2rJeWHOAxS2tqu5h3zvM_1200.webp)
Ötən gün faciəli şəkildə həlak olan Aylin Məmmədova Lənkəran Dövlət Universitetinin (LDU) tələbəsi olub
Bu barədə GuNXeBeR.Az-a universitetdən məlumat verilib.
Qeyd olunur ki, o, LDU-nun “Filologiya və ibtidai təhsil” fakültəsinin xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasının II kurs tələbəsi idi.
Xatırladaq ki, hadisə ötən gün axşam saatlarında Ələt-Astara yolunun Masallı rayonunun Təzə Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.
![](https://gunxeber.az/wp-content/uploads/2025/01/GSWXP0fMp31fXzssFZDr5tTF9wZhlltiW9JeeKVr640.webp)