Ukraynanın hakim “Xalqın qulluqçsu” partiyasından deputat Orest Salamaxa Lvov vilayətində həlak olub.
Gunxeber.Az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko özünün “Telegram” kanalında məlumat verib.
Məlumata görə, parlament üzvü kvadrosikllə hərəkətdə olarkən mikroavtobusa çırpılıb. Qəzadan sonra deputat reanimasiyaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.






