Almaniyanın paytaxtı Berlinin Tirqarten rayonunda, “Intercontinental” hotelinin yaxınlığındakı yaşayış binasında baş verən atışmada azı beş nəfər yaralanıb.
Gunxeber.Az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Məlumata görə, Vixmannştrasse küçəsindəki bir mənzildə beş yaralı tapılıb. Onlardan ikisi həyati təhlükə yaradan xəsarətlər alıb.
Polis hadisə yerində araşdırma aparır.
Hüquq-mühafizə orqanları hadisə yerində bir neçə şübhəlini saxlayıb. Atəş beşinci mərtəbədəki mənzildən açılıb. Orada dəqiq nə baş verdiyi hələ də məlum deyil.





