Türkiyənin Bolu vilayətində yerləşən “Kartalkaya” xizək mərkəzindəki hoteldə baş verən yanğında ölənlərin sayı artıb.
GuNXeBeR.Az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 76 nəfər ölüb: “Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib. İstintaq zamanı indiyədək 9 nəfər saxlanılıb”.
Qeyd edək ki, yanğınla bağlı Türkiyədə birgünlük matəm elan edilib.