Pop Kraliçanın Hayal Kahvesində baş tutan növbəti solo konserti böyük maraqla qarşılanıb. Biletlər günlər öncədən tükənib və məkan axşama qədər tam dolu olub.

Günxeber.az bildirir ki, Röya Ayxan xüsusi hazırlıqla səhnəyə çıxaraq konsert boyu sevilən hitlərini səsləndirib. Güclü səsi, canlı performansı, səmimi zarafatları və enerjisi ilə o, Hayal Kahvesinin atmosferini daha da alovlandırıb.

Gecənin ən çox müzakirə olunan məqamlarından biri isə sənətçinin səhnə obrazı olub — həm zərif, həm də iddialı görünüşü ilə diqqətləri üzərinə toplayıb.

Röyanı səhnədə peşəkar musiqiçilər müşayiət edib və birlikdə tamaşaçılara unudulmaz bir gecə yaşadıblar.