Tovuzda 49 yaşlı kişi faciəli şəkildə ölüb.
Gunxeber.Az-ın məlumatına görə, hadisə Aşağı Öysüzlü kəndində baş verib.
Belə ki, 1976-cı il təvəllüdlü Çingiz Axundov ehtiyatsızlıqdan kənddən keçən su kanalına düşüb. Hadisə nəticəsində o boğulub.
İlkin məlumata görə, Ç.Axundov içki aludəçisi olub və tüfeyli həyat tərzi sürüb.
Faktla bağlı araşdırmalar aparılır.





