Aktrisa Oksana Rəsulova yeni işə başlayıb.
Gunxeber.az bildirir ki, sənətçi bu barədə Pərviz Hüseynin “Pərvizə görə” layihəsində danışıb.
Oksana deyib ki, o artıq bir müddətdir Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışır:“Artıq iş yerim var. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında fəaliyyətə başlamışam”.Qeyd edək ki, Rəsulova eyni zamanda “M Teatr”da da fəaliyyət göstərir.







