Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gunxeber.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan “Ford Transit” markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində 1982-ci il təvəllüdlü Ş.Quliyev hadisə yerində həyatını itirib.
Əraziyə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.





