Şamaxıda 27 yaşlı qız dəm qazından boğulub.

GuNXeBeR.Az xəbər verir ki, 1998-ci il təvəllüdlü Ləman İnqilab qızı Məmmədova Şamaxı şəhərində yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, L.Məmmədova rayonun Göylər kənd orta məktəbinin müəlliməsidir.