![](https://gunxeber.az/wp-content/uploads/2025/02/uzluk-1.jpg?v=1739282601)
Azərbaycanda fəaliyyət göstərən “Zakher Travel” turizm şirkəti Səudiyyə Ərəbistanın paytaxtı Riyad şəhərində təşkil olunan “STM 2025” İkinci Beynəlxalq Turizm Sərgisində ölkəmizi təmsil edir.
GuNXeBeR.aZ xəbər verir ki, fevralın 12-dək keçirilən sərgidə Azərbaycanın turizmi imkanları, gəzməli-görməli məkanları, milli mətbəxi, müxtəlif növ turizm marşrutları və tur paketlər sərginin ziyarətçilərinə təqdim olunur.
Sayca ikinci dəfə keçirilən bu sərgidə 35 ölkədən 185 iştirakçı öz ölkələrini və xidmətlərini nümayiş etdirirlər.
Sərginin açılış günündə ölkəmizin Səudiyyə Ərəbistandakı səfiri Şahin Abdullayev və diplomatik korpusun əməkdaşları Azərbaycan pavilyonunu ziyarət etmiş, iştirakçılarla və sərginin ziyarətçi turizm şirkətləri ilə həmsöhbət olmuşdur.
![](https://gunxeber.az/wp-content/uploads/2025/02/17392209992115259790_1200x630.jpeg)
![](https://gunxeber.az/wp-content/uploads/2025/02/17392207682892564946_1200x630.jpeg)
![](https://gunxeber.az/wp-content/uploads/2025/02/17392189583986717359_1200x630.jpeg)
![](https://gunxeber.az/wp-content/uploads/2025/02/17392189582065144235_1200x630.jpeg)