Abşeron rayonunda 33 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb.

GuNXeBeR.aZ “Report”a istinadən xəbər verir ki, hadisə Masazır kəndində qeydə alınıb.

1992-ci il təvəllüdlü Qalib Vaqif oğlu Dadaşov yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.