“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Gunxeber.Az bildirir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Danimarkanın “Kopenhagen” klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0.
28-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 83-cü dəqiqədə Emmanuel Addai adını tabloya yazdırıb.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin I turunda Portuqaliyada “Benfika”ya qalib gəlib – 3:2. “Kopenhagen” isə evdə Almaniyanın “Bayer 04” klubu ilə heç-heçə edib – 2:2.
Oyunda ikinci qol vuruldu.
Gunxeber.Az xəbər verir ki, 83-cü dəqiqədə “Qarabağ” hesab fərqini artırıb – 2:0. Emmanuel Addai baxımlı qola imza atıb.







