“Qarabağ” futbol klubunun yarımmüdafiəçisi Kadi Borges 8-10 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Gunxeber.Az-ın əldə etdiyi məlumata görə, Kadi Borgesin futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

Qeyd edək ki, Kadi Borges dünən keçirilən “Qarabağ” – “Çelsi” (2:2) qarşılaşmasının 31-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.