Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən N.Mütəllimli saxlanılıb.

Gunxeber.Az-ın məlumatına görə, tibbi müayinə zamanı onun marixuana istifadə etdiyi məlum olub.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və o, inzibati qaydada məsuliyyətə cəlb olunub.