Sumqayıt şəhərində 19 yaşlı qız binadan yıxılıb.
Gunxeber.Az-ın məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayonu ərazisində baş verib.
2006-cı il təvəllüdlü Aysel Əlizadə yaşadığı binanın 4-cü mərtəbəsinin balkonunda iş görərkən ehtiyatsızlıqdan yıxılıb.
19 yaşlı qız Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Sumqayıt Tibb Mərkəzindən Gunxeber.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, A.Əlizadəyə sol baldır sümüyünün sınığı diaqnozu qoyulub və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.






