Şəmkir rayonunda bədbəxt hadisə baş verib.

Gunxeber.Az xəbər verir ki, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1997-ci il təvəllüdlü Ənvər Cəfərov xurma yeyərkən meyvə onun nəfəs borusuna düşüb.

Nəticədə gənc xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.