Qusarda bir ailənin üç üzvünün dəm qazından zəhərlənməsi hadisəsinin təfərrüatı məlum olub.

Gunxeber.Az-ın məlumatına görə, hadisə yanvarın 7-si saat 1 radələrində rayonun Əniğ kəndində baş verib. Kənd sakini, 1962-ci il təvəllüdlü Riman Soltanmurad oğlu Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Ə.Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü E.Ə. yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hadisə nəticəsində R.Əlisultanov hadisə yerində ölüb, Ə.Qasımova və E.Ə. isə xəstəxanaya yerləşdiriliblər.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ilkin ehtimala görə, hadisə fərdi yaşayış evinin mətbəx hissəsində qaz plitəsində baş verən nasazlıqdan olub. Belə ki, mətbəxdəki qaz plitəsində baş verən nasazlıq nəticəsində evə dəm qazı sızıb. Nəticədə mətbəxə yaxın olan otaqda yatan üç nəfər zəhərlənib.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, R.Əlisultanovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Samirə Abdulla

53

Qusarda kişi, arvadı və nəvəsi dəm qazından zəhərləniblər.

Gunxeber.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Əniğ kəndində qeydə alınıb.

Kənd sakini 1962-ci il təvəllüdlü Riman Soltanmurad oğlu Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasım qızı Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü E.Ə. yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından zəhərləniblər.

R.Əlsultanov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Ə.-nin vəziyyətləri orta ağırdır.

Faktla bağlı araşdırmalar aparılır.