Biləsuvar rayonunda 51 yaşlı qadının ölümü ilə bağlı təfərrüat məlum olub.
Gunxeber.Az-ın məlumatına görə, 1974-cü il təvəllüdlü İlhamə Məmmədova sahibkar imiş.
O, həmin gözəllik salonunu uzun müddətdir icarəyə götürmüşdü. Məlumata görə, qadın bir neçə gün əvvəl işçilərinə özünü yaxşı hiss etmədiyini, arabir ağrıları olduğunu deyib.
Dünən isə günorta saatlarında o, iş yerində olarkən işçilərə yenidən ağrı hiss etdiyini deyib. Günün ikinci yarısında qadının halı qəfil pisləşib və o yıxılıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, həkimlər gələnə qədər qadın dünyasını dəyişib.
Biləsuvar rayonunda qadın işlədiyi gözəllik salonunda ölüb.
Gunxeber.Az-ın məlumatına görə, hadisə dekabrın 26-da axşam saatlarında rayonun mərkəzində yerləşən gözəllik salonunda baş verib.
Rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Məmmədovanın işlədiyi gözəllik salonunda halı qəfil pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb. O, ürək çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.






