İsmayıllı rayonunda toy mərasimində bıçaqlanan şəxslərin kimliyi məlum olub.
Gunxeber.Az-ın məlumatına görə, hadisə zamanı kənd sakini, 2002-ci il təvəllüdlü Elşən Babayev (bəy), 2005-ci il təvəllüdlü Səid İsayevi toy çadırından çölə çağırıb. Onlar arasında mübahisə başlayıb və E.Babayev bəyi bıçaqlayıb. Daha sonra toyda iştirak edən bəyin qohumları hadisə yerinə gələrək, E.Babayevi zərərsizləşdirmək istəyiblər.
Bu vaxt E.Babayev daha üç nəfərə – 1976-cı il təvəllüdlü Rahil İsmayılov, 2007-ci il təvəllüdlü Osman İsmayılov və 2002-ci il təvəllüdlü Məhəmməd Mirzəyevə bıçaqla müxtəlif dərəcəli xəsarətlər yetirib.
Samire Abdulla
İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Gunxeber.Az məlumat verir ki, insident sentyabrın 28-i saat 23 radələrində Talıstan kəndi ərazisində keçirilən toy mərasimində qeydə alınıb. Mərasimdə yaranan mübahisə dava ilə nəticələnib.
Nəticədə, 2002-ci il təvəllüdlü Elşən Babayev rayon sakinləri – 2005, 2007, 2008 və 1976-cı il təvəllüdlü şəxslərə bıçaq xəsarətləri yetirib.
Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən E.Babayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.






