Bu gün saat 14 radələrində Beyləqan rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Xəstəxanadan Gunxeber.Az-a verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.
Xəsarət alan şəxslərdən 1999-cu il təvəllüdlü şəxsə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Vəziyyətləri qənaətbəxşdir.
Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Gunxeber.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Birinci Aşıqlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, “QAZel” markalı nəqliyyat vasitəsi “Khazar” markalı minik maşını ilə toqquşub. Nəticədə dörd nəfər xəsarət alıb.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.






