Balakən rayonunda avtomobil yoldan çıxaraq aşıb.
Gunxeber.Az xəbər verir ki, hadisə Katex körpüsündə baş verib.
Baş Dövlət Yol polisi İdarəsindən (BDYPİ) Gunxeber.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
Qeyd olunub ki, sözügedən yol-nəqliyyat hadisəsi bu gün saat 14:00-da qeydə alınıb.
“Hadisə Yevlax-Zaqatala-Gürcüstan yolunun 135-ci km-də baş verib. “Mercedes” markalı, 10-RS-352 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 1998-ci il təvəllüdlü Xəyal Ramiz oğlu Novruzlu idarəetməni itirməsi səbəbindən avtomobil yoldan çıxıb və aşıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilir.









