Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az-ın məlumatına görə, qəza bu gün saat 17 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı VAZ-2106 və VAZ-2115 markalı avtomobillər toqquşub. Nəticədə VAZ-2106-nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və VAZ-2106-da olan sərnişin, 31 yaşlı Şamil Saxalov xəsarət alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Gunxeber.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.