Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Gunxeber.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Daxil olan məlumat əsasında dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hadisə yerində aparılan ilkin qiymətləndirmə zamanı müəyyən olunub ki, yanğın 17 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzildə baş verib və alovun digər mənzillərə keçmə təhlükəsi mövcud olub.

FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülməsi təmin edilib.

Yanğın nəticəsində ümumi sahəsi 119 kvadratmetr olan üçotaqlı mənzilin dəhlizində bir ədəd yataq dəsti yanıb, dəhlizin divar kağızları 9 kvadratmetr sahədə zədələnib, otaqların və hamamın qapıları qismən yanıb. Yüksək temperaturun təsirindən hamamın lambirdən ibarət tavanı 5 kvadratmetr sahədə deformasiyaya uğrayıb.

Xilasedicilər tərəfindən xəsarət alan bir nəfər təcili tibbi yardım briqadasına təhvil verilib. Eyni zamanda bina sakinləri təhlükəsizlik məqsədilə təxliyə olunublar.

Mənzilin qalan hissəsi, eləcə də qonşu mənzillər yanğından mühafizə edilib.

YouTube player

Xətai rayonunda yerləşən yaşayış binasında baş verən yanğın zamanı xəsarət alan şəxsin kimliyi məlum olub.

Gunxeber.Az Globalinfo.az-a istinadən xəbər verir ki, xəsarət alan şəxs yanğının baş verdiyi mənzildə kirayəçi kimi yaşayan Türkiyə vətəndaşı, 41 yaşlı Ahmed Gökdumandır.

Məlumata görə, o, yanıq xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yanğın baş verən zaman Ahmed Gökduman mənzildə yatmış vəziyyətdə olub.

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 66B ünvanında yerləşən yaşayış binasında yanğın başlayıb.

Gunxeber.Az “Globalinfo”ya istinadən xəbər verir ki, əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları, polis və təcili tibbi yardım briqadası cəlb edilib.

Yanğın yaşayış binasının 16-cı mərtəbəsində baş verib.

İlkin məlumata görə, hadisə zamanı bir nəfər xəsarət alıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Bakıda yaşayış binasında YANĞIN: Ağır xəsarət alan var