Bu gün saat 18:30-da yol-nəqliyyat hadisəsi səbəbi ilə 3 nəfər (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Gunxeber.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1947, 1970 və 2009-cu il təvəllüdlü şəxslərə döş qəfəsinin əziyi, burun, yanaq, gicgah sümüklərinin sınığı, boyunun və müxtəlif nahiyələrin səthi travması diaqnozları təyin olunub.
Vəziyyəti ağır qiymətləndirilən 1947-ci il təvəllüdlü şəxsin müalicəsi Reanimasiya şöbəsində, vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Bakıda üç avtomobil toqquşub, xəsarət alanlar var.
Bu barədə Gunxeber.Az-ın sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, zəncirvari qəza 17:30-da, Fatmayı-Novxanı avtomobil yolunda qeydə alınıb.
İSUZU, “Mercedes-Benz” və KIA markalı nəqliyyat vasitələri toqquşublar.
Qəza nəticəsində “Mercedes-Benz”in sürücüsü Nigar Abdullayeva və avtomobildə olan iki sərnişin xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.






