Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Gunxeber.Az xəbər verir ki, bu gün səhər saatlarında baş verən hadisə zamanı iki nəfər ölüb.

Hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Gunxeber.Az-a verilən məlumata görə, dekabrın 25-də saat 09:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Qeyd olunub ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub:

“Hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb”.