Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Gunxeber.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə dekabrın 29-u 03:00-da qeydə alınıb.
Bildirilib ki, hadisə Bakı-Sumqayıt yolunun 17-ci kilometrliyində baş verib:
“Bakı istiqamətində hərəkətdə olan 99-FP-276 nömrə nişanlı Nurlan Umudvar oğlu Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetməni itirərək işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobil və işıq dirəyi aşıb. Bu zaman eyni istiqamətdə hərəkətdə olan 19-AB-189 nömrə nişanlı, Samir Ənvər oğlu İsmayılovun idarə etdiyi MAN markalı nəqliyyat vasitəsi, həmçinin 99-UF-652 nömrə nişanlı “Opel” aşmış işıq dirəyinə çırpılıb”.
Bakı-Sumqayıt yolunda avtomobilin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gunxeber.Az xəbər verir ki, hadisənin dünən gecə saatlarında baş verdiyi bildirilir.
Hadisə nəticəsində 99-FP-276 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı avtomobil yolun hərəkət hissəsində aşıb, nəqliyyat vasitəsi yararsız hala düşüb.
Xəsarət alanlar barədə hazırda məlumat yoxdur.






