Ağstafada bədbəxt hadisə baş verib.
Gunxeber.Az xəbər verir ki, hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb.
Kənd sakini, 1987-ci il təvəllüdlü Vəli Zeynalovu yaşadığı evdə elektrik cərəyanı vuraraq öldürüb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.






