Ağdaş rayonunda bir ay əvvəl avtomobillə vurulan piyada ölüb.
Gunxeber.Az-ın məlumatına görə, hadisə ötən il dekabrın 29-da Ağdaş rayonunun Pirəzə kəndinin ərazisində baş verib. Tərlan Məmmədov idarə etdiyi VAZ-2115 markalı avtomobillə yolu keçən piyada, 1974-cü il təvəllüdlü Oktay Əsədovu vurub.
Xəstəxanaya yerləşdirilən O.Əsədov dünən orada vəfat edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az–a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.