![](https://gunxeber.az/wp-content/uploads/2025/01/nazim-150x150.webp)
“Müğənni Faytonçu Nazim ilkin olaraq Kliniki Tibbi Mərkəzə gətirilib”.
GunXeber.Az məlumat verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 30-da saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisindən yıxılma səbəbilə çağırış daxil olub.
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Qapalı kəllə-beyin travması alan müğənni Nazim Pişyarini (Faytonçu) briqada Kliniki Tibbi Mərkəzə təxliyə edib.
O, Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib. Xəstəyə neyrocərrah baxışı olub, zəruri müayinələrdən keçirilib.
Xəstə müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub”, – məlumatda qeyd edilib.