![](https://gunxeber.az/wp-content/uploads/2025/01/Fatih-Birol-Dostluq-ordeni-ilə-təltif-edildi-150x150.webp)
Prezident İlham Əliyev türkiyəli iqtisadçı və enerji ekspertini təltif edib.
GuNXeBeR.aZ President.az-a istinadən bildirir ki, bununla bağlı Azərbaycan Prezidenti müvafiq sərəncam imzalayıb.
Sərəncamla Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycan Respublikasının sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə Fatih Birol “Dostluq” ordeni ilə təltif edilib.