“İrandakı etiraz hərəkatının bir neçə əsas iştirakçısı həbs edilib”.

Gunxeber.Az AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Milli Polisin rəisi Əhməd Rza Radan bildirib.

“Dünən axşam (10 yanvar – red.) iğtişaşların əsas iştirakçılarının həbsləri həyata keçirilib və onlar bütün zəruri hüquqi prosedurlardan keçdikdən sonra cəzalandırılacaqlar”, – deyə o vurğulayıb.

Həbs edilənlərin sayı və şəxsiyyətləri dəqiqləşdirilmir.

Qeyd edək ki, İranda etirazlar ötən il dekabrın sonunda milli valyutanın xeyli dəyərsizləşməsi və qiymətlərin kəskin artması səbəbindən başlayıb.