27-29 oktyabr tarixlərində İsmayıllı rayonunda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Azərbaycanda zubrların reintroduksiyası” proqramı üzrə “Zubrları təbiətimizə qaytaraq!” adlı növbəti düşərgə təşkil olunub.

Gunxeber.Az xəbər verir ki, IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Elm və Təhsil Nazirliyinin Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilən düşərgəyə İsmayıllı rayonundan ümumilikdə 52 məktəbli qoşulub.

“Zubrları təbiətimizə qaytaraq!” düşərgəsinin əsas məqsədi təbiətimizə qaytarılması nəzərdə tutulan zubrların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, ətraf mühitin qorunması sahəsində onlarda xüsusi bilik və bacarıqların, təbiətə qayğıkeş və məsuliyyətli münasibətin formalaşdırılmasıdır.

Qeyd edək ki, Avropa zubrlarının Azərbaycan təbiətinə reintroduksiyası ilə bağlı proqram çərçivəsində IDEA İctimai Birliyi öz layihə tərəfdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi ilə birgə geniş mühafizə və maarifləndirmə tədbirləri keçirir. 2012-ci ilin sonlarından etibarən zubrların ölkəmizin vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində intensiv işlər aparılır. Belə ki, 2015-ci ildə Şahdağ Milli Parkının İsmayıllı rayonunun inzibati ərazisinə aid olan hissəsində 305 hektar sahə ayrılıb, orada onların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib.

2019-24-cü illər ərzində ölkəmizə Fransa, Belçika və Almaniya zooparklarından ümumilikdə 46 baş zubr gətirilib. Hazırda parkda zubrların populyasiyası 68 başa çatıb.

  • zubr4
  • j8qhkgd73dw6zxqtgxgpuodqixfxq2wreuyhainf 1200
  • 0yo1bgu5f0oevzur4csirn9zhkt5gvheceqpsq7p 1200
  • zubr2
  • zubr3
  • nj4w4c0pmgsgi4b2ocso2z1e42xb6nwrowjaqzqz 1200
  • zbc5utukvsdkmejyzsqztv6uexfydcavm7pyypif 1200
  • tewzwovlxnvafcnaeg1viccik0dvsnhzu4j7dbqs 1200
  • wnrpxwozfwasfx6ov7cmqmw5ddixlbvojaeaasqh 1200
  • k9aprbr99hks35fewnw5fufvxnlj8i0card0ukcy 1200