27 Sentyabr – Anım Günü münasibətilə İsmayıllı rayonunda şəhidlərin xatirəsi ehtiramla yad olunub.

 Gunxeber.Az-ın məlumatına görə, Saat 12:00-da ölkənin bütün bölgələrində olduğu kimi, İsmayıllı rayonunda bir dəqiqəlik sükut elan edilib. Anım dəqiqəsi zamanı şəhər və rayonların mərkəzi küçələrində avtomobillərin və piyadaların hərəkəti dayandırılıb, nəqliyyat vasitələri siqnallar verib.

Qeyd edək ki, bu ənənə şəhidlərimizin əziz xatirəsinə ehtiramın və xalqımızın birliyinin rəmzi kimi qeyd olunur.

Asif Xankişiyev İsmayıllı Gunxeber.Az